Lənkəran–Lerik yolunda “Mercedes Vito” dərəyə aşıb

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 08:40 radələrində Lənkəran–Lerik avtomobil yolunun
53-cü kilometrində yol-nəqliyyat hadisəsi baş verib. Lerik
rayonunun Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi
“Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Trend-in
məlumatına görə, qəza nəticəsində sürücünün həmkəndliləri olan 6
sərnişindən 2 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı
araşdırma aparılır.




İlkin ehtimallara görə, yol qəzası sürücünün sükan arxasında
yuxulaması səbəbindən baş verib. Hadisə bir daha yorğun və yuxusuz
halda avtomobil idarə etməyin həyat və sağlamlıq üçün ciddi təhlükə
yaratdığını göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və
yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək
hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram
günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən
tövsiyələrə riayət etməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir