“Porsche” 173 500 avtomobili geri çağırır

Baş səhifə

Bakı. Trend:

Alman avtomobil istehsalçısı “Porsche” arxa görüntü kamerasında
yaranan problem səbəbindən 173 500 avtomobili geri çağıracaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi
Administrasiyası (NHTSA) məlumat yayıb.




Bildirilib ki, sözügedən nasazlıq arxa görüntü kamerasının
təsvirinin ekranda əks olunmaması ilə bağlıdır. Geri çağırılma
2024–2025-ci il istehsalı olan “Cayenne”, “Cayenne E-Hybrid”,
“911”, “Taycan” və “Panamera” modellərinə, həmçinin 2025-ci il
buraxılışı olan “Panamera E-Hybrid” modelinə şamil edilir.

NHTSA qeyd edib ki, bu nəqliyyat vasitələri federal
təhlükəsizlik standartlarına cavab vermir. Agentliyin məlumatına
görə, dilerlər problemli avtomobillərin proqram təminatını pulsuz
olaraq yeniləyəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir