
Bakı. Trend:
Cəbrayıl və Zəngilan rayonlarında Yeni il ərəfəsində bayram
yarmarkası keçirilib.
Trend-in
məlumatına görə, yarmarkada müxtəlif qida məhsulları, isti içkilər
və əl işləri təqdim olunub.
Tədbir çərçivəsində uşaqlar və yeniyetmələr üçün əyləncəli
proqramlar təşkil edilib.
Yarmarka ərazisində sakinlər bir araya gələrək bayramı birlikdə
qeyd ediblər.

