
Bakı. Trend:
Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
müraciətində bildirib.
“Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları
Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli
sürürlər”, – deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bizim
xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər
üzrə uğurla aparılır.

