Prezident İlham Əliyev: Biz heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın

Baş səhifə

Bakı. Trend:

Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim
maraqlarımıza uyğundur.

Trend xəbər verir
ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Bizim hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı
olduğumuzu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz heç vaxt
imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə
nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz
müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç
kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və
verməyəcəyik ki, bizim işimizə qarışsın”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir