Prezident İlham Əliyev: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik

Baş səhifə

Bakı. Trend:

İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla
fəxr edə bilərik.

Trend xəbər verir
ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80
milyard dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı
xarici borcumuzun daha da aşağı düşdüyünü, bu gün ümumdaxili
məhsulumuzun cəmi 6,3 faizini təşkil etdiyini söyləyib. Bildirib
ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə
üstələyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir