Prezident İlham Əliyev: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik
edib.

Trend xəbər verir
ki, dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə müraciətində, həmçinin deyib: “Onlar (bütün
azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında
güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr
bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq,
hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və
bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz,
mədəniyyətimiz birləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir