Bolqarıstan avrozonaya daxil olub

Baş səhifə

Bakı. Trend:

Yanvarın 1-də Bolqarıstan rəsmi surətdə avrozonaya daxil
olub.

Trend-in
məlumatına görə, bununla da, vahid valyuta məkanındakı ölkələrin
sayı 21-ə yüksəlib. Hazırda Avropa İttifaqına üzv olduğu təqdirdə
öz valyutasını istifadə edən cəmi 6 dövlət qalıb. Bunlar Çexiya,
İsveç, Rumıniya, Polşa, Macarıstan və Danimarkadır.




Bolqarıstanın milli pul vahidi levdən avroya keçməsi birmənalı
qarşılanmır. Gənc nəsil və iş adamları avronu təqdir etsələr də,
yaşlı nəsil milli valyutanın saxlanmasının tərəfdarıdır.

Qeyd edək ki, Bolqarıstanın avroya keçməsini Avropa İttifaqı
Şurası 2025-ci ilin yayında təsdiqlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir