Özəl sektorda çalışan şəxslərin maaşından tutulan tibbi sığorta haqqının dərəcəsi azaldılıb

Baş səhifə

Bakı. Trend:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna
aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə yeni icbari tibbi
sığorta haqqı müəyyənləşdirilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda
öz əksini tapıb.

Qanuna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər
üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək
olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5
faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan
hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz
icbari tibbi sığorta müəyyən edilib.




Daha əvvəl yuxarıdakı müddəa nəzərə alınmaqla muzdla işləyən
fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan
şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000
manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan
hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000
manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan
hissəsindən 0,5 faiz icbari tibbi sığorta müəyyən edilmişdi.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir