Bu ildən hibrid və elektromobillərin idxal və satışından ƏDV tutulacaq

Baş səhifə

Bakı. Trend:

Bu gündən elektromobillərin idxal və satışından ƏDV
tutulacaq.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Belə ki, 2019-cu il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək
yalnız elektrik mühərriki ilə işləyən
avtomobillər
in idxalı, 2022-ci il yanvarın 1-dən 2025-ci
il dekabrın 31-dək isə idxalı və satışı ƏDV-dən azad idi.

Qanunda bu güzəştin müddətinin uzadılması ilə bağlı hər
hansı müddəa yer almayıb.




Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye
parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı)
məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış
yalnız elektrik mühərriki ilə işləyən avtobusların
idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş
həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla
satışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad
edilib.

Bununla yanaşı, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2
500 kubsantimetrdən çox olmayan hibrid
avtomobillər
in idxalı və satışı 2022-ci il yanvarın 1-dən
4 il müddətinə ƏDV-dən azad idi.

Qanunda bu güzəştin də müddətinin uzadılması ilə bağlı hər
hansı müddəa yer almayıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir