Azərbaycanda bəzi lampaların satışı qadağan edilib: 5 min manatadək cərimə tətbiq olunacaq

Baş səhifə

Bakı. Trend:

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan
məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları
istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə
istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı,
istehsalı və satışı qadağan ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Qanununda dəyişiklik edilməsi barədə 11 aprel 2025-ci il
tarixli Qanunda öz əksini tapıb.

Qanuna əsasən, 2026-cı il yanvarın 1-dən 60
vatt və yuxarı gücə malik olan közərmə lampaları, 2026-cı
il iyulun 1-dən
isə 25 vattdan (25 vatt daxil olmaqla) 60
vatadək gücə malik olan közərmə lampalarının satışı qadağan
edilib.

Həmçinin, istehsal proseslərində və əsas məqsədi işıqlandırma
olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə
lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma
məqsədilə istifadə edilə bilən 25 vatt və daha yuxarı gücə
malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və
ya satışına görə
inzibati xətanın bilavasitə obyekti olan
elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər
1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi
şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə
cərimə ediləcək.

Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə
obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə,
vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək
məbləğdə
, hüquqi şəxslər 4000 manatdan 5000
manatadək məbləğdə
cərimə ediləcək.

60 vatt və daha yuxarı gücə malik olan közərmə lampalarına
münasibətdə 2026-cı il yanvarın 1-dən qüvvəyə
minib. 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik
olan közərmə lampalarına münasibətdə isə 2026-cı il iyulun
1-dən
qüvvəyə minəcək.

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində müasir
dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə
alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa
qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik
olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox
istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının
kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz
edilməsi tövsiyə olunub, artıq bəzi ölkələrdə tamamilə LED
lampalarına keçid hədəflənib.

LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin
istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1)
müəyyən edilib ki, 15 000 saat istehlak müddəti olan 1 ədəd LED
lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu,
lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcində
isə 8 dəfədən çox fərq verir.

Cədvəl 1. 15 000 saat xidmət müddəti üçün lampa növləri
üzrə enerji sərfiyyatı:

Göstərici

Közərmə lampası

CFL

LED

Xidmət müddəti, saat

1,000

8,000

15,000

Lampanın gücü, Vatt

60 Vt

14 Vt

7 Vt

Əvəzlənən lampaların sayı

17

2

1

Cəmi enerji istehlakı, kVt.st

900

210

105

Bundan əlavə, 60 vatt gücündə 1 milyon közərmə lampasının
istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və
bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon
emissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib
(cədvəl 2).




Cədvəl 2.

Göstərici

Közərmə lampası üzrə

LED üzrə

Lampa sayı, ədəd

1,000,000

1,000,000

Bir lampanın gücü, Vt

60

7

Cəmi illik enerji istehlakı, mln. kVt.st

131.4

15.33

Qaz sərfi, mln. m3

29.1

3.39

Karbon emissiyasının həcmi, min ton

63.6

7.4

Müqayisə zamanı müəyyən edilib ki, 1 il ərzində istifadə olunan
1 milyon közərmə lampaları 131.4 milyon kilovat-saat elektrik
enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23
min ton şərti yanacaq (29.1 milyon kubmetr təbii qaz) istehlak
olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir.
Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda, tələb
olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və
emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Əhali kateqoriyasından olan mövcud 2.7 milyon abunəçinin 5
0%-nin közərmə lampasından imtina edərək LED lampası istifadəsinə
keçdiyi fərz edildiyi halda, həmin abunəçilər tərəfindən gün
ərzində işıqlandırma məqsədilə elektrik enerjisi istehlakının 4.86
milyon kilovat-saatdan 567 min kilovat-saata (hər abunəçi üzrə
ortalama 10 lampa və lampanın günlük istismar müddəti 6 saat nəzərə
alınmaqla) enməsi ilə enerji səmərəliliyi təmin ediləcək.

Azərbaycana idxal olunan közərmə və LED lampalar üzrə aparılan
araşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunan
közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi
müsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxalda
hələ də kifayət qədər üstün həcmə malikdir (cədvəl 3).

Cədvəl 3. Azərbaycana idxal olunan közərmə və LED
lampalarına dair statistika (2017-2022), min ədədlə:

Malın adı

2017

2018

2019

2020

2021

2022

853922

Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə
hesablanmış közərmə lampaları

25593.3

29479.43

26645.56

25224.28

21490.82

17611.17

853929

Digər közərmə lampaları

2795.86

7716.06

7714.94

4582.84

4816.7

6549.03

853950

Işıq saçan diod lampaları (LED)

-*

1555.87

7981.19

8109.92

8820.93

4325.66

Azərbaycana idxal olunan közərmə və LED lampalarının
dəyəri (2017-2022), min ABŞ dolları ilə

Malın adı

2017

2018

2019

2020

2021

2022

853922

Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə
hesablanmış közərmə lampaları

2832.13

3346.15

2900.67

2792.59

2319.09

2367.83

853929

Digər közərmə lampaları

758.52

1717.83

1640.91

926.45

984.92

1634.46

853950

Işıq saçan diod lampaları (LED)

-*

1231.95

4122.47

3434.38

4066.31

1707.63

* LED lampalarına dair ticarət statistikası 2017-ci ilin və
əvvəlki illərin cədvəllərində əks olunmayıb.

Közərmə lampalarından imtina edildiyi halda, LED lampaların
qiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq ilk
ildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da, sonrakı
dövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampaları
ilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində və
dəyərində kəskin azalmalara gətirib çıxarcaq. Digər tərəfdən
közərmə lamplarından imtina LED lampaların yerli istehsalçılarına
da dəstək olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiq
etdiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda istinad
edilmiş normativ sənədlərdə yer alan “Təbii və süni işıqlandırma
normaları”nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlər
qeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.

Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm
istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə
emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən
Azərbaycan götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin
yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş
COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və
enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir