Elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilib

Baş səhifə

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının
rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə
oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik
mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının
rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı,
tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il
yanvarın 1-dən 1 il müddətinə
ƏDV-dən azad edilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Daha əvvəl yalnız elektrik mühərriki ilə işləyən
avtomobillərin idxalı və satışı
ƏDV-dən azad idi.




Bu ildən sözügedən güzəşt tətbiq edilməyəcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir