Bu gündən ölkəyə gətirilən bir ədəddən çox telefona aksiz vergisi tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Bu gündən Azərbaycana idxal olunan mobil cihazlar aksizli
malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə
olunub və hər ədədinə görə 20 manat məbləğində
aksiz vergisi müəyyən edilib, eyni zamanda fiziki şəxslər
tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad
olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihaz
gətiriləcək.




“Dövlət rüsumu haqqında” Qanunda təklif olunan
dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində
ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil
cihaza görə 100 manat məbləğində (hər biri üçün)
dövlət rüsumu müəyyən ediləcək.

Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə
gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan
dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan
dövlət rüsumları) tətbiq olunacaq.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir