Bu gündən bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-ni geri almaq mümkün olacaq

Baş səhifə

Bakı. Trend:

Bu gündən bərbərxanalar, gözəllik salonları və kosmetoloji
mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al”maq
mümkün olacaq.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən
Azərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəllik
salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə
görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən
edəcək.




Bildirilib ki, kölgə iqtisadiyyatının miqyasının böyük olduğu
fəaliyyət sahələrdə dövriyyələrin şəffaflaşdırılması, nağdsız
əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların
birbaşa iştirakını təmin etmək məqsədilə bərbərxanalar, gözəllik
salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə
görə “ƏDV gerial” mexanizmi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir