
Bakı. Trend:
Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici
sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ
malların idxalı 2026-cı il mayın 1-dən 3 il
müddətinə ƏDV-dən azad edil.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2016-cı il
mayın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il
mayın 1-də başa çatacaqdı.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

