Qarabağda mərkəzləşdirilmiş qaydada uçota alınan şirkətlər güzəştlərdən yararlanacaq

Baş səhifə

Bakı. Trend:

şğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən,
mərkəzləşdirilmiş qaydada uçota alınan hüquqi və fiziki şəxslər də
işğaldan azad edilmiş ərazinin rezidenti hesab ediləcək və
güzəştlərdən yararlanacaq.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən
vergitutmanın məqsədləri üçün işğaldan azad edilmiş ərazinin
rezidenti dedikdə işğaldan azad edilmiş ərazilərdə və ya
mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və
bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki
şəxslər başa düşüləcək.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, işğaldan
azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın
1-dən etibarən 10 il müddətində
mənfəət (gəlir), əmlak,
torpaq və sadələşdirilmiş vergidən azaddırlar.




ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş
ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş
iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə
texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal
və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən
10 (on) il müddətində
ƏDV-dən azaddır. Bu maddənin
müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici
sənəd əsasında tətbiq edilir.

İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin
səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il
yanvarın 1-dən etibarən 10 il müddətində
vergidən
azaddır.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən
qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir