Aksiz dərəcələrinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının
məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik edilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Mövcud qanunvericiliyə əsasən, Vergi Məcəlləsinin
191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi
sığorta fonduna ödənilən hissəsi istisna olmaqla
,
vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş
məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq
ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə
sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və
ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə
ödəmələrin hesabına aid edilir.

Qanunla yuxarıda sözügedən istisnanın aradan
qaldırılıb.

191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilən
aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta
haqqında” Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta
fonduna ödənilir.




“Tibbi sığorta haqqında” Qanuna əsasən, Azərbaycan
Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka
yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə
idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın
hər litrinə görə 0,02 manat, vergi ödəyiciləri tərəfindən araq
(vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki
materialları, likyor və likyor məmulatlarının hər litrinə görə
tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə
istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə
tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik
siqarlar) və tütündən hazırlanan siqaretlər və onun
əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin
1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən
aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı
ödənilir.

Qanunla yuxarıdakı maddənin ləğv edilib.

Yəni, daha əvvəl alkoqollu içkilərə və tütün məlumatlarına
tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” Qanunla
müəyyən edilmiş hissəsi icbari tibbi sığorta üzrə sığorta haqları
formasında icbari tibbi sığorta fonduna ödənilirdi.

Artıq aksizli mallar üzrə aksiz dərəcələrinin icbari tibbi
sığorta fonduna ödənilən hissələri ləğv edilib və dövlət büdcəsinin
gəlirlərinə aid edilib və uyğunlaşdırma çərçivəsində həmin Qanunda
inzibatçılığı müəyyən edən maddələr ləğv təklif edilib.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir