Bu gündən rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə cəlb ediləcək

Baş səhifə

Bakı. Trend:

Bu gündən rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və
aksizə sıfır dərəcə ilə cəlb ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, aksizli malların ixracı və Azərbaycan
Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət
mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli
malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır
dərəcəsi ilə vergiyə cəlb olunacaq.




Daha əvvəl aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə
cəlb olunurdu.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir