İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılıb

Baş səhifə

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının
(xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən
qurulması layihələri çərçivəsində avadanlıqların və materialların
idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən
azad edilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən
qurulması və modernizasiyası layihəsinin maliyyə xərclərinin
azaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyaya
yönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalı
məqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsində
avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi
müddəti daha 3 il artırılıb.




Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2021-ci il
yanvarın 1-dən
tətbiq edilirdi və müddəti 2026-cı
il yanvarın 1-də
başa çatacaqdı.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir