
Bakı. Trend:
Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə
maliyyə sanksiyaları artırılıb.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Mövcud qanunvericiliyə görə, vergi orqanlarında uçota alınmaq
üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri,
publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin
nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya
yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət
qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və
nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata
keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından
sonra 30 gün müddətində verilməlidir.
Qanuna əsasən, yuxarıda göstərilən müddətdə vergi orqanında
uçota alınmaq üçün ərizənin verilməməsinə görə 160 manat
artırılaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq
ediləcək.
Yəni, vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinə
görə tətbiq olunan 40 manat maliyyə sanksiyası
200 manata qaldırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

