
Bakı. Trend:
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə
yaşayış minimumunun məbləği müəyyənləşdirilib.
Trend-in
məlumatına görə, bu məsələ bu məsələ Prezident İlham Əliyevin
təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış
minimumu haqqında” Qanunda öz əksini tapıb.
Qanuna əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə
300 manat, əmək qabiliyyətli əhali üçün
317 manat, pensiyaçılar üçün 245
manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən
edilib.
Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə
üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün
305 manat, pensiyaçılar üçün 232
manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən
edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu
15 manat, yəni təxminən 5,26 %
artırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

