BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

Baş səhifə

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus
dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.

Trend xəbər verir ki, Mikayıl
Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub.
1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbində
təhsil alıb. 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbə
orta məktəbində təhsilini davam etdirib. 1961-1962 və 1966-1969-cu
illərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda
(APDİ) təhsil alıb. 1980-ci ildə “XVIII-XX əsrlər rus dilində
mürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969-1979-cu
illərdə APDİ-də laborant və müəllim vəzifələrində çalışıb. 1979-cu
ildən BDU-da fəaliyyət göstərib. 1979-1984-cü illərdə BDU-nun Rus
dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili
(təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildən
isə kafedranın professoru kimi fəaliyyət göstərirdi. O,
2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının eksperti olub.

Mikayıl Cəfərov 1984-cü ildə dosent elmi adını alıb. 1998-ci
ildə “XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin
struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edib və
filologiya elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə professor
elmi adını alıb. Tədqiqat sahəsi rus dilçiliyi, rus dili və rus
dilinin tədrisi metodikası olub.




O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

BDU rəhbərliyi və kollektivi professor Mikayıl Cəfərovun
vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin
hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir