Keçmiş Baş Prokurorun oğlu: Həmişə belə həmrəy olaq (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlıların həmrəyliyi günü gözəl bayramdır. Həmişə belə
həmrəy olaq.

Bunu Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru şəhid İsmət
Qayıbovun, Qarabağa səfər edən ailə üzvləri Trend-in Qarabağ bürosuna
müsahibəsində deyib.

1991-ci ildə Azərbaycan Respublikasının Baş prokroru vəzifəsində
çalışdığı zaman Qarabağda gedən qeyri qanuni terrorçu dəstələrin
cəmləşməsinin qarşısını almaq üçün bir sıra digər dövlət xadimi ilə
birgə içində olduğu Mİ-8 vertolyotunun ermənilər tərəfində
vurulması nəticəsində şəhid olan İsmət Qayıbovun ailəsi, əvvəlcə
Ağdamda, daha sonra Xocalı, Xankəndi və Şuşa şəhərlərində olub.




“Mən İsmət Qayıbovun oğluyam. Bu da İsmət Qayıbovdu, mənim
oğlumdu atamın adını daşıyır. Biz, birinci dəfədir ki, bura
gəlmişik. Mən ötən il burada olmuşam. Bu dəfə də ailəvi gəlmişik.
Ürəyim dağa dönüb də.. Nə deyim daha sizə. Gözəl… Bəli, bəli
gözəl hisslərdir. 35 ildir hər dəfə, hər yeni il bayramı deyirdik
ki, gələn ili Allah qoysa Şuşada. Amma gələ bilmirdik. Bilirsiniz
budəfə dedik yox, budəfə getməliyik. Vətən qayıdıb, torpaq qayıdıb
gözəl hisslərdir.
Hər il yeni il olur. Amma azərbaycanlıların həmrəyliyi günü gözəl
bayramdır mənim üçün. Tam səmimi deyirəm ki, hamı həmişə həmrəy
olaq.“

Qeyd edək ki, İsmət İsmayıl oğlu Qayıbov, Azərbaycan
Respublikasının ilk Baş Prokuroru olub. O, 20 noyabr 1991-ci ildə
Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə
birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri
tərəfindən vurulması nəticəsində həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir