“Qalatasaray” “Mançester Yunayted”ə 25 milyon avroluq təklif göndərdi

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqaete
karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Trend xəbər verir ki, “Qalatasaray” uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu
barədə İngiltərə mətbuatı məlumat yayıb.




İstanbul nəhəngi Uqarte üçün 25 miyon avroluq satınalma bəndi
ilə icarəyə götürmək təklifi göndərib. “Qırmızı şeytanlar” isə 24
yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, “Mançester Yunayted” Manuel Uqarteni 2024-cü ilin
yayında PSJ-dən 50 milyon avroya transfer edib. Uruqvay millisinin
üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda
meydana çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir