Amsterdamda təxminən 150 illik kilsə yanıb

Baş səhifə

1872-ci ildə Amsterdamda tikilmiş Vondelkerk kilsəsində gecə baş verən yanğın nəticəsində qüllə, mərkəzi hissə və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.

APA xəbər verir ki, bu barədə “Telegraaf” qəzeti məlumat yayıb.

Bundan əvvəl “NL Times” xəbər portalı Yeni il gecəsi Amsterdamda təxminən 150 illik Vondelkerk kilsəsində yanğın baş verdiyini bildirmişdi.

Yanğınsöndürənlər Vondelkerk kilsəsindəki yanğını saat 11:00 radələrində söndürüblər. Külək və kilsənin ölçüsü alovun söndürülməsini xeyli çətinləşdirib.

Yanğın nəticəsində qüllənin və binanın mərkəzi hissəsinin, eləcə də dam örtüyünün əhəmiyyətli bir hissəsi çöküb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir