
Bakı. Trend:
1872-ci ildə Amsterdamda tikilmiş Vondelkerk kilsəsində gecə
saatlarında baş verən yanğın nəticəsində qüllə, binanın mərkəzi
hissəsi və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.
Trend xəbər verir
ki, bu barədə “Telegraaf” qəzeti məlumat yayıb.
Bundan əvvəl “NL Times” xəbər portalı Yeni il gecəsi Amsterdamda
təxminən 150 illik Vondelkerk kilsəsində yanğın baş verdiyini
bildirmişdi.
Məlumata görə, yanğınsöndürənlər alovu saat 11:00 radələrində
nəzarət altına alaraq söndürüblər. Küləkli hava şəraiti və kilsənin
böyük ölçüləri yanğının söndürülməsini xeyli çətinləşdirib.
Yanğın nəticəsində qüllənin, binanın mərkəzi hissəsinin və dam
örtüyünün əhəmiyyətli bir hissəsinin çökməsi qeydə alınıb.
Hadisənin səbəbləri araşdırılır.

