DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

Baş səhifə

Bakı. Trend:

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı yanvarın 1-dən
artaraq 160-dan 162-yə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham
Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra
qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST
mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət
əlavə edilib.

Həmin xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi,
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə
arayışlar verilməsi daxildir.




Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və həmin iki
xidmət də DOST mərkəzləri tərəfindən göstəriləcək.

Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət
sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari
sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən
Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə
tutur.

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə
edilmiş iki xidmət də bununla əlaqədardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir