Venesuela ABŞ ilə danışıqlara hazırdır

Baş səhifə

Bakı. Trend:

Venesuela hökuməti narkotik qaçaqmalçılığı ilə mübarizə və neft
sektoruna investisiya qoyuluşu məsələləri üzrə ABŞ ilə razılaşmanı
müzakirə etməyə hazırdır.

Trend xəbər verir
ki, bunu Venesuela Prezidenti Nikolas Maduro bəyan edib.




Onun sözlərinə görə, tərəflər faktlara əsaslanan ciddi dialoqa
başlamalıdır. Maduro bildirib ki, əgər ABŞ narkotik qaçaqmalçılığı
ilə mübarizə aparmaq üçün razılaşmanı səmimi şəkildə müzakirə etmək
istəyərsə, Venesuela buna hazırdır. Prezident əlavə edib ki,
Vaşinqton Venesuela neftində maraqlıdırsa, Karakas Amerika
investisiyalarına, o cümlədən “Chevron” kimi şirkətlərə
açıqdır.

Nikolas Maduro Vaşinqtonun Karakası narkotik istehsalına qarşı
mübarizədə yetərli səylər göstərməməkdə ittiham etməsinin əsassız
olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, ABŞ Venesuelanı
kütləvi qırğın silahlarına, atom bombalarına və ya kimyəvi
silahlara sahib olmaqda ittiham edə bilmədiyi üçün bu cür iddialar
irəli sürülür və Vaşinqton özü də bunun doğru olmadığını
anlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir