
Bakı.Trend:
Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki
dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində
axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Bildirilib ki, narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən
edilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

