
Bakı.Trend:
Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılaraq aidiyyəti üzrə
təhvil verilib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, dünən polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk
etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq
aidiyyəti üzrə təhvil verilib.

