
Bakı. Trend:
“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqini
buraxıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu məşq bazasına
gəlsə də, qısa bir müddətdən sonra geri qayıdıb.
Yamalın ümumi narahatlıq səbəbindən məşqdə iştirak etmədiyi
bildirilib. Amma onun yanvarın 3-də La Liqada “Espanyol”la
keçiriləcək Kataloniya derbisində iştirak etmək şansının böyük
olduğu vurğulanıb.
Qeyd edək ki, Yamal bu mövsüm 14 La Liqa oyununda 7 qol vurub və
7 qol ötürməsi edib.

