Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib – DİN (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar
olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət
zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda
polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam
etdirir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəhər və
rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral
yollarda zəruri tədbirlər görülür.

Bildirilir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə,
piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.




Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı
digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və
buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə
ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər
göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir