
Bakı. Trend:
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Beynəlxalq Futbol
Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2025-ci ildə
beynəlxalq matçlarda ən çox qol vuran oyunçu seçilib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, yalnız beynəlxalq qolları nəzərə
alan reytinqdə norveçlinin 29 qolunun olduğunu nəzərə alıb (12-si “Mançester Siti” və 17-si Norveç üçün).
Reytinq tarixində Haaland yalnız 2017-ci ildə 32 beynəlxalq qol
vuran Kriştiano Ronaldodan sonra ikinci yerdədir.
“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn 2025-ci
ildə ikinci (23 qol), “Real”ın (Madrid) hücumçusu Kilian Mbappe isə
üçüncüdür (22 qol).

