
Bakı.Trend:
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam
etdirilir.
Trend xəbər
verir ki, bununla bağlı DİN məlumat yayıb.
Bildirilib ki, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən
əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.
Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana
aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.

