Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr ayları ərzində Almaniyadan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 23,278 milyon ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,4
milyon dollar və ya 2 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,5% təşkil
edib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzində
Almaniya iqtisadiyyatına 53,175 milyon dollar sərmayə qoyub ki, bu,
2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 milyon dollar və ya 3
dəfə çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,6% təşkil
edib.

2024-cü ilin ilk 9 ayı ərzində Almaniyadan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 46,636 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 17,559 milyon dollar
təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir