Yardım etdikləri ahıl qadını talayan şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq
hadisəsi ilə bağlı polisə müraciət edib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, qadın, mağazadan alış-veriş edib evə gedərkən
qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək
etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus
içərisində 195 manat və kartlar olan pulqabını taladığını
bildirib.




Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli
müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir