Kanadadan Azərbaycana pul köçürmələri 11%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Kanadaya
fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,916 milyon ABŞ dolları
təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 643 min ABŞ dolları və ya
8,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.

Həmçinin ötən ilin ilk 9 ayında Kanadadan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 3,964 milyon ABŞ dolları olub
ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 402
min ABŞ dolları və ya 11,3% artım deməkdir.




Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Kanadanın payı 0,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Kanadaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 7,559 milyon ABŞ dolları, əks
istiqamətdə isə 3,562 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir