
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun
qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac
yaranması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
“Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic”
markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla
5 nəfərə müvafiq köməklik göstərilib”, – FHN-dən bildirilib.

