
Bakı. Trend:
Meksikanın cənub-qərbindəki Qerrero ştatında 6,5 bal gücündə
zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Çilpansinqo şəhərindən 42
km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 42 km dərinlikdə
olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

