“Air India” reysi gecikdi: şirkət sərxoş pilotla bağlı açıqlama yaydı

Baş səhifə

Bakı. Trend:

Dekabrın 23-də Vankuverdən Dehliyə yola düşməli olan “Air India”
reysi son anda gecikib. Buna səbəb təyin olunmuş pilotun spirtli
içki təsiri altında olması olub. Təyyarəni idarə etmək üçün
alternativ pilot gətirilib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın “Air India”
şirkəti məlumat yayıb.

Məlumata görə, pilot Vankuver Beynəlxalq Hava Limanında iki dəfə
alkotesterdən keçirilib və nəticələr onun işə yararsız olduğunu
təsdiqləyib.




“Air India” həmin pilotun istintaq müddətində uçuş
vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb: “Şirkətimiz qayda və
qanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti tətbiq edir.
İstintaq nəticəsində hər hansı pozuntu təsdiqlənərsə, ciddi intizam
tədbirləri görüləcək”.

Qeyd edək ki, sözügedən reys 344 sərnişin tutumuna malik Boeing
777 təyyarəsi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir