Binəqədidə hamam yanıb

Baş səhifə

Bkı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda
yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə,
o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta
üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə
taxta üzlük deformasiya edib.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir