
Bakı. Trend:
İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem” klubu “Jil
Visente”dən Pablo Felipeni heyətinə cəlb edib.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Çəkicdöyənlər” braziliyalı forvard üçün Portuqaliya klubuna 23
milyon avro təzminat ödəyib.
Yanvarın 2-də 22 yaşını qeyd edən futbolçu ilə 4,5 illik
müqavilə imzalanıb.
Qeyd edək ki, Pablo Felipe bu mövsüm “Jil Visente”nin heyətində
meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə
yadda qalıb.

