Rusiya XİN-dən Venesuelada baş verənlərə reaksiya

Baş səhifə

Bakı. Trend:

Rusiya ABŞ tərəfindən Venesuelaya qarşı törədilən silahlı
təcavüz aktından dərin narahatlıq keçirib və hücumu pisləyib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin açıqlamasında bildirilib.

“Hazırkı vəziyyətdə daha da gərginləşmənin qarşısını almaq və
vəziyyətdən dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirmək
vacibdir. Venesuelanın öz müqəddəratını təyin etmək hüququna
kənardan heç bir dağıdıcı, hərbi müdaxilə olmadan zəmanət
verilməlidir. Biz Venesuela xalqı ilə həmrəyliyimizi və onun
rəhbərliyinin ölkənin milli maraqlarını və suverenliyini qorumaq
siyasətini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, – məlumatda
qeyd olunub.




Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum
həyata keçirib:

“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir