İran Venesuelaya hücumla bağlı bəyənat yayıb

Baş səhifə

Bakı. Trend:

İran ABŞ-nin Venesuelaya hücumunu qətiyyətlə pisləyib və bunun “Milli suverenliyin kobud şəkildə pozulması” adlandırıb.

Trend ölkənin
yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Xarici
İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin
Venesuelaya hərbi hücumunu və bu ölkənin milli suverenliyi ilə
ərazi bütövlüyünün kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir.
Bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental
prinsiplərinin ciddi şəkildə pozulmasıdır”, – bəyanatda
vurğulanıb.




Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum
həyata keçirib:

“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir