
Bakı. Trend:
Nikolas Maduro Venesuelanın yeganə qanuni prezidenti hesab
olunur.
Trend xəbər verir ki, bunu
Venesuelanın vitse-prezidenti Delsi Rodriqes açıqlayıb.
O bildirib ki, ABŞ dərhal Maduro və onun həyat yoldaşını azad
etməlidir.
Rodriqes vurğulayıb ki, Venesuela rəhbərliyi ölkənin təbii
sərvətlərini qoruyacaq, çünki onlar xalqın mülkiyyətidir, və əlavə
edib ki, Venesuela heç kimin müstəmləkəsi olmayacaq.

