ABŞ-ın Venesuelada əməliyyatı zamanı ölənlərin sayı açıqlanıb

Baş səhifə

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyat nəticəsində azı 40 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” (NYT) adı açıqlanmayan venesuelalı rəsmiyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu məlumat ilkin xarakter daşıyır və dəqiqləşdirilməkdədir.

Bundan əvvəl Venesuelanın vitse-prezidenti Delsi Rodriges ABŞ-ın hava zərbələri nəticəsində hərbçilərlə yanaşı, dövlət məmurları və mülki şəxslərin də həlak olduğunu bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir