Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı
genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Trend xəbər verir
ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial
media hesabında paylaşım edib.




Nazirin sözlərinə görə, iki həftə ərzində İstanbul da daxil
olmaqla 14 vilayətdə keçirilən əməliyyatlar nəticəsində 398
tapança, 175 ov tüfəngi və 32 avtomat silah ələ keçirilib. Silah
qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 202 nəfər
saxlanılıb.

Bundan əlavə, qanunsuz silah istehsalı ilə məşğul olan dörd
emalatxananın fəaliyyəti dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir