
Bakı. Trend:
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum
şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin
qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif
markalı mobil telefon, eləcə də elektron siqaretləri
talayıblar.
Trend-in
məlumatına görə, bu barədə zərərçəkmiş şəxs polisə məlumat
verib.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli
törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov
müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər mağazaya daxil
olmamışdan öncə kameralara düşməmək üçün obyekti elektrik enerjisi
ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar. Buna baxmayaraq
onların əməli anbaan lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

