Tayson Fyuri təqaüdünü bitirərək boksa qayıdacağını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Sabiq ağır çəkidə dünya çempionu Tayson Fyuri peşəkar boksa
qayıdacağını rəsmi şəkildə elan edib.

Trend “The Sun”
nəşrinə istinadla xəbər verir ki, Fyuri 2025-ci ilin yanvarında
karyerasını başa vurduğunu bildirsə də, onun promouteri Frank
Uarren 37 yaşlı britaniyalı boksçunun 2026-cı ildə rinqə qayıtmağı
planlaşdırdığını açıqlayıb.

Son məlumatlara görə, Tayson Fyuri artıq məşqlərə başlayıb və
gələn il rinqə çıxmaq üçün ciddi hazırlıq aparır.




Hazırda onun mümkün qayıdışı ətrafında geniş müzakirələr gedir.
Potensial döyüşlərdən biri kimi Entoni Joşua ilə qarşılaşma
variantı da gündəmdədir.

Fyuri sosial şəbəkələrdə paylaşdığı videolarda məşq prosesini
nümayiş etdirərək, boksa olan sevgisinin davam etdiyini və yenidən
döyüşməyə hazır olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir