ABŞ, Cənubi Koreya və Yaponiya KXDR-in raket buraxılışlarını BMT qətnamələrinin pozulması kimi qiymətləndirib

Baş səhifə

Bakı. Trend:

ABŞ, Cənubi Koreya və Yaponiya Koreya Xalq Demokratik
Respublikasında (KXDR) bazar günü həyata keçirilən ballistik raket
buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini
pozduğunu və regionda, eləcə də beynəlxalq ictimaiyyətdə sülhə və
təhlükəsizliyə təhdid yaratdığını bildiriblər.

Trend-in
məlumatına görə, bu barədə üç ölkənin xarici siyasət qurumlarının
yüksək vəzifəli nümayəndələri arasında keçirilən telefon
danışıqlarının yekununda açıqlama verilib.




Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub
ki, tərəflər KXDR-in bu cür təxribatçı hərəkətlərinə son qoymasını
tələb ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir